Finss.az xəbər verir ki, ABŞ Ticarət Departamentinin yenilənmiş statistik məlumatlarına əsasən, ölkənin iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə illik hesabla 3,8% artıb. Bu, son yeddi rüb ərzində ən yüksək iqtisadi artım tempidir.
Əvvəlki qiymətləndirmədə artım 3,3% səviyyəsində göstərilmişdi. Beləliklə, yeni reviziya ABŞ iqtisadiyyatının gözləniləndən daha güclü böyüdüyünü təsdiqləyir.
Trading Economics analitiklərinə görə, bazar iştirakçıları bu göstəricidə dəyişiklik gözləmirdi.
Əsas göstəricilər:
- İstehlak xərcləri – ABŞ iqtisadiyyatının təxminən 70%-ni təşkil edən bu göstərici 2,5% artıb (əvvəlki təxmin: 1,5%).
- Hökumət xərcləri – 0,1% azalıb (əvvəl: -0,2%).
- Biznes investisiyaları – əsas kapitala qoyuluşlar 4,4% artıb (əvvəl: 3,3%).
- Mənzil sektoruna investisiyalar – 5,1% azalıb (əvvəlki qiymətləndirmədə: -4,7%).