Finss.az xəbər verir ki, Amerika texnologiya nəhəngi Intel korporasiyası Apple Inc-ə tərəfdaşlıq və investisiya təklifi ilə müraciət edib. Mənbələrin məlumatına görə, danışıqlar ilkin mərhələdədir və hələlik konkret nəticə yoxdur.
Intel həmçinin digər potensial investorlarla da Apple şirkətinə investisiya qoyuluşu imkanlarını müzakirə edir. Hər iki şirkətin nümayəndələri mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, Apple uzun illər kompüterlərində Intel çiplərindən istifadə edib, lakin 2020-ci ildə öz prosessorlarına keçid edib. 2019-cu ildə Apple Intel-in modem çipləri biznesinin böyük hissəsini əldə etmişdi.