BİRJA

27 Noyabr

Kripto bazarında canlanma: BTC və ETH artıb

27 noyabr 2025-ci il – Dünya kriptovalyuta bazarında bərpa müşahidə olunub.

Finss.az xəbər verir ki, əsas koinlər günü artımla başa vurub. Bitcoin (BTC) $91,404 səviyyəsində ticarət olunub və 24 saat ərzində +4,6 % yüksəlib. Ethereum (ETH) $3,038-ə qalxaraq +3,8 % artım göstərib. Binance Coin (BNB) $895 səviyyəsində olub, gündəlik artım +3,6 %, XRP isə $2,20-ə yüksəlmiş və +1,3 % dəyişiklik qeydə alınıb.

Bazarın ümumi kapitalizasiyası təxminən $3,2 trilyon səviyyəsinə çatıb. Analitiklər bildirirlər ki, bazardakı bərpa fonunda ABŞ Mərkəzi Bankının (FED) mümkün faiz endirimi, likvidlik artımı və qlobal investorların risk aktivlərinə qismən dönməsi əsas motivlərdən hesab olunur.