BİRJA

27 Noyabr

Qızıl və gümüşün qiyməti enib

Əmtəə bazarlarında qiymətli metalların dəyərində azalma müşahidə olunub.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,49% geriləyərək 4 181,55 ABŞ dollarına düşüb.

Birjada gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin dəyəri də azalaraq 0,56% enmə ilə 52,62 ABŞ dolları təşkil edib.