BİRJA

27 Noyabr

“Azeri Light” neftinin qiyməti dünya bazarlarında artıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli 0,48 ABŞ dolları və ya 0,74% bahalaşaraq 65,28 ABŞ dollarına çatıb. Öncəki ticarət sessiyasında bu göstərici 64,8 dollar olub.

Qeyd olunur ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.