BANK

13 Yanvar

Azərbaycandan Kanadaya pul köçürmələri azalıb, əks istiqamət artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Kanadaya fiziki şəxslərin pul köçürmələri 6,916 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 643 min dollar və ya 8,5% azalma deməkdir. Hesabat dövründə Kanadanın payı Azərbaycandan xaricə ümumi pul köçürmələrində 1,9% olub.

Əks istiqamətdə, Kanadadan Azərbaycana fiziki şəxslərin köçürmələri 3,964 milyon dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 402 min dollar və ya 11,3% artım deməkdir. Kanadanın payı xaricdən Azərbaycana ümumi köçürmələrdə 0,5% təşkil edib.

2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə ümumi pul köçürmələr 361,357 milyon dollar, xarici ölkələrdən Azərbaycana ümumi köçürmələr isə 849,910 milyon dollar olub. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 11,5% azalma və 0,2% artım göstərib.

Fuad Mədətov
Finss.az