Finss.az xəbər verir ki, ABŞ-ın təyyarə istehsalçısı “Boeing” sentyabr ayında tətil edən əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqı ilə danışıqları dayandırdığını açıqlayıb.
“Boeing” konsernindən verilən məlumata görə, sonuncu dəfə oktyabrın 7-8-də aparılmış danışıqlar da nəticə verməyib və hazırda onların davam etdirilməsi planlaşdırılmır. Konsernin baş direktoru Stefani Poup danışıqlar zamanı “Boeing”in kompromis əldə etmək üçün əməkhaqqı və pensiyaların artırılması da daxil olmaqla yeni təkliflərinin həmkarlar ittifaqı tərəfindən rədd edildiyini bildirib.
Konsern əməkdaşlarının tətili dörd həftəyə yaxındır ki, davam edir. Orada çalışan 33 min işçi maaşların 40 faiz artırılmasını istəyir.
Kaira Agayeva
Finss.az