VAKANSİYA

16 İyul

Marketinq və satış direktoru - VAKANSİYA

"Improve Group" şirkəti Marketinq və satış direktoru vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Marketinq strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi;
  • Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərini müəyyən etmək və onların təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək;
  • Marketinq büdcəsinin planlaşdırılması və bölüşdürülməsi;
  • Marketinq tədqiqatlarında iştirak (məsələn, rəqiblərin və bazar imkanlarının təhlili);
  • Biznes, hədəf, bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;
  • Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;
  • PR kampaniyalarının yaradılması və həyata keçirilməsi;
  • Tərəfdaşlar, müştərilər və media ilə ünsiyyət;
  • Məhsulun inkişaf strategiyasını hazırlaması və təsdiq edilməsi;
  • İşin nəticələrini nəzarət və təhlil etmək;
  • Yeni satış planlarının və reklamların həyata keçirməsi;
  • Korporativ görüşlərin keçirilməsi.
  • Müştəri seqmentləri və kanalların effektivliyinin təhlil edilməsi;
  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi 
  • (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək, rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi;
  • Müştəri bazasının qurmağı, bu bazadakı müştərilərin siyahısına uyğun olaraq planın hazırlanması və yeni müştəriləri bu bazaya elavə edilməsi;
  • Youtube, Linkedln, Google, Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsinə nəzarət;
  • Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;
  • Şirkətin sosial media hesablarının idarə olunması (Facebook, Instagram,Twitter, Google Business. YouTube);
  • Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
  • Rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
  • Internet resurslardan gələn sorğuların cavablandırılması;
  • Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların dizayn edilməsi;
  • Bazar vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
  • Bazarı və bazar tendensiyalarının araşdırılması; 
  • Foto/video çəkilişləri prosesinin təşkil və nəzarətinin təmin edilməsi;
  • Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq etməyi bacarmaq;
  • Əsas marketinq göstəricilərini izləməli və təhlil etməli;
  • Markanı tanıtmaq üçün müxtəlif görüşlərdə və konfranslarda iştirak edir.
  • Müəsisələr üzrə qoyulan satış hədəflərini yerinə yetirmə 
  • Şirkətin mövcud korporativ şirkət siyahısı ilə aktiv əməkdaşlıq
  • Əməkdaşlıq qurulması üşün yeni şirkətlərin müəyyən edilməsi
  • Şirkət xidmətlərinin təklif edilməsi məqsədi ilə şirkətlərlə əlaqələrin qurulması, görüşlərin keçirilməsi
  • E-mail marketinq vasitəsi ilə şirkət xidmətləri barədə məlumatların yayılması
  • Şirkət xidmətlərinin çeşidinin artırılması ilə bağlı təkliflərin hazırlanması və müzakirəsi
  • Mütəmadi bazar və rəqib araşdırmalarının aparılması və hesabatların hazırlanması
  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, problemlərin səbəblərini araşdırmaq və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirləri həyata keçirirmək;

Vəzifəyə tələblər:

  • Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
  • Satış və marketinq rəhbərliyi sahəsində 4-6 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi.
  • Komanda ilə işləmə bacarığı;
  • Analiz etmə və problemləri həll etmə bacarığı;
  • Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
  • Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
  • Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;
  • Təzyiq altında işləmək bacarığı.
  • B2B, B2C satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi.

İş haqqında:

  • ARƏM uyğun işə qəbul;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş saatı: 09:00-18:00;
  • İş qrafiki: 6 günlük.

Əmək haqqı: 2000 - 3000 AZN 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Marketinq və Satış Direktoru” başlığı ilə elektron poçtuna ([email protected]) göndərə bilərlər.