TURİZM

10 Fevral

Türkiyədən Azərbaycana səfər edənlərin sayı artıb

Finss.az - 2025-ci il ərzində Türkiyədən Azərbaycana 455,8 mindən çox şəxs səfər edib.

Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.

Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, təkcə 2025-ci ilin dekabr ayında Türkiyədən Azərbaycana 39,1 mindən çox turist gəlib. Bu rəqəm 2024-cü ilin dekabr ayı ilə müqayisədə 5,6 faiz, 2025-ci ilin noyabr ayı ilə müqayisədə isə 0,1 faiz çoxdur.

Məlumata əsasən, Türkiyə Azərbaycana ən çox turist göndərən ölkələr sırasında lider mövqeyini qoruyub saxlayır. Ekspertlər artımı iki ölkə arasında turizm, nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi ilə əlaqələndirirlər.