2025-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 653 milyon manat təşkil edib, bu da 2024-cü illə müqayisədə 5,9% azalma deməkdir. Ölkə üzrə mehmanxanaların birdəfəlik tutumdan istifadə səviyyəsi 24,4% olub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 653,0 milyon manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 5,9% azalma deməkdir.
Gəlirlərin strukturu üzrə:
- 61,8% nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən
- 27,2% ictimai iaşə xidmətlərindən
- 2,9% müalicə və sağlamlıq xidmətlərindən
- 8,1% digər xidmətlərdən əldə olunub
Ölkə üzrə mehmanxana birdəfəlik tutumdan istifadə səviyyəsi 24,4% təşkil edib (2024-cü ildə 24,0%). Şəhər və rayonlar üzrə göstəricilər isə belədir:
- Naftalan – 48,5%
- Şabran – 41,7%
- Bakı – 36,9%
- Qusar – 31,7%
- Sabirabad – 27,7%
- Lənkəran – 23,3%
- Qəbələ – 21,5%
- Şamaxı – 20,5%
- Bərdə – 19,5%
- Quba – 16,6%
- Beyləqan – 15,7%
- Ağdam – 15,6%
- Qax – 15,5%
- Masallı – 15,3%
- Digər şəhər və rayonlarda – 15,3%-dən aşağı
Bu göstəricilər Azərbaycan turizm sektorunda mehmanxana və hotel xidmətlərinin gəlir və tutum dinamizmini əks etdirir.
Fuad Mədətov
Finss.az
