2025-ci ildə Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 4 569,5 minə çatıb ki, bu da 2024-cü illə müqayisədə 6,7% artım deməkdir. Ümumilikdə gecələmələrin 57,2%-i əcnəbilərə, 42,8%-i isə Azərbaycan vətəndaşlarına məxsus olub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə Azərbaycanda mehmanxana gecələmələrinin sayı 4 569,5 min olub, bu da 2024-cü illə müqayisədə 6,7% artım deməkdir.
Statistikaya görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 614,3 min gecələmə həyata keçirərək ümumi gecələmələrin 57,2%-ni təşkil edib. Əcnəbilərin gecələmələrinin bölgüsü belə olub: Hindistan (13,6%), Rusiya (10,1%), Türkiyə (9,3%), Səudiyyə Ərəbistanı (8,3%), İsrail (5,6%), BƏƏ (5,1%), Pakistan (3,9%), Çin (3,4%), Özbəkistan (3,3%), ABŞ (3,2%), Qazaxıstan (2,8%), Küveyt (2,4%), Böyük Britaniya (2,2%), Almaniya (1,3%), İtaliya (1,0%), digər ölkələr (24,5%).
Əcnəbilərin gecələmələrinin 81,1%-i Bakıda, 6,1%-i Qusarda, 4,4%-i Naftalanda, 3,2%-i Qəbələdə, 2,4%-i Qubada, 0,7%-i Şamaxıda, 2,1%-i digər şəhər və rayonlarda baş verib.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı isə 1 955,2 min olub, bu da 2024-cü illə müqayisədə 1,1% artım deməkdir və ümumi gecələmələrin 42,8%-ni təşkil edir.
Fuad Mədətov
Finss.az
