TURİZM

27 Yanvar

Azərbaycan I Beynəlxalq Yaradıcılıq üzrə Əl İşi Sənayeləri Forumunda təmsil olunub

Dövlət Turizm Agentliyi Oman Sultanlığının paytaxtı Məsqət şəhərində keçirilən Yaradıcılıq üzrə Əl İşi Sənayelərinə həsr olunmuş Birinci Beynəlxalq Forumda milli stendlə təmsil olunub.

Finss.az xəbər verir ki, 22-26 yanvar tarixlərini əhatə edən forum Omanla yanaşı, müxtəlif xarici ölkələrdən yaradıcılıq və əl işi sənayeləri sahəsində fəaliyyət göstərən qurum və müəssisələrin nümayəndələrini bir araya gətirib.

Forum çərçivəsində Azərbaycanın Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, Omanın Mədəni İrs və Turizm naziri Seyid İbrahim bin Səid əl-Busaidi və Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı üzrə Qurumunun sədri Halima bint Raşid əl-Zəriyə milli stendi ziyarət edib.

Ziyarətçilər milli stenddə yerli sənətkarlar tərəfindən nümayiş etdirilən Şəkiyə məxsus şəbəkə, təkəlduz və keçə sənəti nümunələri ilə tanış olublar.

Fuad Mədətov
Finss.az