Azərbaycan Turizm Bürosu Tailandın Banqok şəhərində “TITF B2B” turizm sərgisində iştirak edib.
Finss.az xəbər verir ki, yanvarın 21-də keçirilən tədbir çərçivəsində büro Tailandın aparıcı turizm agentlikləri ilə 30-a yaxın B2B görüş keçirib.
Görüşlər zamanı tailandlı tərəflərə Azərbaycanın mədəni irsi, təbii gözəllikləri, sağlamlıq turizmi imkanları, şərabçılıq ənənələri və qış idmanı növləri üzrə potensialı barədə ətraflı məlumat təqdim olunub.
Fuad Mədətov
Finss.az




