TURİZM

22 Yanvar

Geosiyasi risklərə baxmayaraq səyahət tələbi güclü qalır

Finss.az xəbər verir ki, 2025-ci ildə beynəlxalq turistlərin sayı 1,52 milyard nəfər təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 4% və ya təxminən 60 milyon nəfər çoxdur, məlumatı BMT Turizm Təşkilatı açıqlayıb.

Təşkilatın bildirdiyinə görə, 2025-ci ildə turistlər ümumilikdə 1,52 milyard beynəlxalq səfər həyata keçirib. Bu dinamika COVID-19 pandemiyasından əvvəlki artım tendensiyalarına qayıdışı əks etdirir. Qeyd olunur ki, 2009–2019-cu illər ərzində beynəlxalq turizm hər il orta hesabla 5% artıb.

Məlumata əsasən, 2025-ci ildə turizm artımı əsasən Asiya regionu ölkələrində turizmin sürətli bərpası, hava nəqliyyatının genişlənməsi, eləcə də turist axınını təmin edən əsas bazarlarda viza rejimlərinin sadələşdirilməsi ilə əlaqələndirilir.

BMT-nin Turizm üzrə Baş katibi Şeyxa Alnuvays bildirib ki, yüksək turizm inflyasiyası və geosiyasi gərginliklə bağlı qeyri-müəyyənliklərə baxmayaraq, qlobal miqyasda səyahət tələbi 2025-ci il ərzində güclü olaraq qalacaq.

Ekspertlər hesab edirlər ki, bu göstəricilər qlobal turizm sektorunun dayanıqlı bərpa mərhələsinə daxil olduğunu nümayiş etdirir.