TURİZM

21 Yanvar

Heydər Əliyev Beynəlxalq Aeroportu 7,64 milyon sərnişinə xidmət göstərib

2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 7 milyon 640 mindən çox sərnişinə xidmət göstərərək, aviasiya sektorunda önəmli göstəricilər əldə edib.

Finss.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumatına əsasən xəbər verir ki, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min nəfər olub. Bu sərnişin həcminin 51,2%-i xarici aviaşirkətlərin payına düşüb, 3 milyon 362 min sərnişin isə milli aviadaşıyıcının daşımalarına aid olub.

İl ərzində hava limanından 40 xarici aviaşirkət 75 beynəlxalq istiqamət üzrə reys həyata keçirib. Ən çox seçilən marşrutlar İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub. Eyni zamanda, aeroport üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub, ki, bu da 2024-cü ildə qeydə alınan 750 min göstəriciyə nisbətən təxminən 30% artım deməkdir.

Fuad Mədətov
Finss.az