2025-ci ilin yanvar–noyabr ayları ərzində Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% azalıb.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aylıq hesabatında məlumat verilib.
Hesabata əsasən, 2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 2 milyon 364 min 251 nəfər turist səfər edib. Halbuki 2024-cü ilin eyni dövründə ölkəyə gələn turistlərin sayı 2 milyon 412 min 160 nəfər təşkil etmişdi.
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycana ən çox turist göndərən ölkələr (ilk 10):
- Rusiya – 573 067 nəfər
- Türkiyə – 416 689 nəfər
- İran – 190 504 nəfər
- Hindistan – 151 574 nəfər
- Gürcüstan – 101 142 nəfər
- Səudiyyə Ərəbistanı – 99 196 nəfər
- Qazaxıstan – 95 952 nəfər
- Pakistan – 81 952 nəfər
- Çin – 60 636 nəfər
- İsrail – 59 917 nəfər
Məlumatlar göstərir ki, baxmayaraq ümumi turist axınında azalma qeydə alınıb, Rusiya və Türkiyə Azərbaycana ən çox turist göndərən ölkələr olaraq lider mövqelərini qoruyub saxlayır.
Fuad Mədətov
Finss.az
