TURİZM

19 Yanvar

Avstriyadan Azərbaycana gələn turistlərin sayı 6% artıb

Azərbaycanın turizm potensialı 15-18 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib. 

Finss.az xəbər verir ki, sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi“Dreamland Baku” ilə birgə təmsil olunub.

Milli stendə baş çəkən Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli sərgidə nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius Rayxıl Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, 2025-ci ildə Avstriyadan Azərbaycana gələn turistlərin sayı 2024-cü illə müqayisədə 6% artıb, bu da ölkəmizin Avropa bazarında turizm marağının yüksəldiyini göstərir.

Fuad Mədətov
Finss.az