Finss.az - 2025-ci ilin yanvar-noyabr aylarında Mərkəzi Asiya ölkələrindən Azərbaycana 202 033 turist səfər edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% artım deməkdir (2024-cü ildə 163 992 nəfər).
Region üzrə ölkələr üzrə əsas göstəricilər belədir:
- Qazaxıstan: 95 952 nəfər (+20,3%)
- Özbəkistan: 56 752 nəfər (+38,6%)
- Türkmənistan: 29 761 nəfər (−0,7%)
- Qırğızıstan: 10 618 nəfər (+34,9%)
- Tacikistan: 8 950 nəfər (+66,7%)
Məlumata görə, ötən ilin noyabr ayında Azərbaycana səfər edən turistlərin sayı üzrə TOP-10 ölkə arasında Qazaxıstan altıncı, Özbəkistan isə onuncu sırada qərarlaşmışdı.
Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən ümumilikdə 2 364 000 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalma göstərir.
