Finss.az - 2025-ci ilin yanvar-noyabr aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 273 116 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artım deməkdir.
Region üzrə əsas ölkələrdən gələn turistlərin sayı belədir:
- Səudiyyə Ərəbistanı: 99 196 nəfər (+5,7%)
- İsrail: 59 917 nəfər (2,2 dəfə çox)
- BƏƏ: 37 041 nəfər (−1,7%)
- Küveyt: 24 566 nəfər (−16,7%)
- Oman: 15 774 nəfər (−32,6%)
- İordaniya: 9 745 nəfər (+49,6%)
- Misir: 7 338 nəfər (−3,7%)
- İraq: 6 631 nəfər (+29,8%)
- Bəhreyn: 4 717 nəfər (−13,9%)
- Yəmən: 2 854 nəfər (−6,3%)
- Qətər: 2 434 nəfər (−18,3%)
- Livan: 1 270 nəfər (−2,1%)
- Fələstin: 1 257 nəfər (+10,4%)
- Suriya: 376 nəfər (−5,8%)
Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən ümumilikdə 2 364 000 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalma deməkdir.
