TURİZM

06 Yanvar

Azərbaycana Avropa ölkələrindən gələn turistlərin sayı artıb

Finss.az - 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana Avropa ölkələrindən 207 780 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artım göstərib.

Şərqi Avropa ölkələrindən gələn turistlərin sayı 104 301 nəfər olub, illik artım 4,2% təşkil edib. Şərqi Avropa üzrə ən çox turist göndərən ölkələr:

  • Ukrayna: 34 420 nəfər (+3,8%)
  • Belarus: 24 967 nəfər (+2,3%)
  • Polşa: 10 574 nəfər (+8,3%)
  • Macarıstan: 4 801 nəfər (+28,2%)
  • Moldova: 4 479 nəfər (+0,2%)
  • Rumıniya: 3 601 nəfər (+7,6%)
  • Çexiya: 3 426 nəfər (+35,1%)
  • Litva: 2 776 nəfər (−18,8%)
  • Bolqarıstan: 2 424 nəfər (−5,6%)

Digər Şərqi Avropa ölkələrindən gələn turistlər arasında Monteneqro (+34,9%), Şimali Makedoniya (+39,7%)Sloveniya (+32,9%) kimi ölkələrdə artım müşahidə olunub.

Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı 103 479 nəfər olub, bu da 2,8% artım deməkdir. Ən çox turist göndərən ölkələr:

  • Böyük Britaniya: 25 033 nəfər (+3,2%)
  • Almaniya: 22 513 nəfər (+10,3%)
  • İtaliya: 14 006 nəfər (+11,4%)
  • İspaniya: 7 216 nəfər (+0,1%)
  • Fransa: 6 826 nəfər (−1,4%)
  • Niderland: 5 866 nəfər (+1,8%)
  • Avstriya: 2 886 nəfər (+5%)
  • Belçika: 2 946 nəfər (+5,6%)

Azalma müşahidə olunan ölkələr: İsveç (−23,1%), Norveç (−23,8%), Danimarka (−29%).

Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 364 000 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalma deməkdir.