Finss.az - 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 33 945 turist gəlib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azalıb.
Amerika qitəsindən gələn turistlərin əksəriyyəti ABŞ-dandır – 22 545 nəfər, bu da 4,3% artım deməkdir. Digər ölkələr üzrə göstəricilər belədir:
- Kanada: 5 108 (+2,8%)
- Braziliya: 2 324 (-36,5%)
- Meksika: 950 (-8,2%)
- Kolumbiya: 883 (-17,9%)
- Argentina: 492 (+2,1%)
- Ekvador: 207 (+13,7%)
- Çili: 201 (-20,6%)
- Venesuela: 188 (+12,6%)
- Peru: 168 (-17,6%)
- Kosta-Rika: 152 (-25,1%)
- Kuba: 121 (-12,9%)
- Sent-Kits və Nevis: 116 (-6,5%)
- Trinidad və Tobago: 99 (-38,1%)
- Uruqvay: 81 (+20,9%)
- Boliviya: 65 (-17,7%)
- Yamayka: 35 (-58,3%)
- Panama: 33 (-42,1%)
- Dominika: 31 (-64,4%)
- Paraqvay: 30 (-36,2%)
- Qvatemala: 26 (-65,8%)
- Haiti: 22 (+29,4%)
- Honduras: 21 (-61,8%)
- Salvador: 17 (-15%)
- Nikaraqua: 14 (-6,7%)
- Surinam: 13 (-65,8%)
- Beliz: 2 (-93,5%)
- Qayana: 1 (-94,4%)
Xatırladaq ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 364 000 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalma deməkdir.
