Azərbaycan Dəmir Yolları (ADY) 31 dekabr 2025 – 4 yanvar 2026 tarixlərində 62 690 sərnişin daşıyıb.
Finss.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Daşınan sərnişinlərin bölgələr üzrə paylanması belə olub:
- Abşeron dairəvi dəmir yolu: 48 542 nəfər
- Bakı–Qazax–Bakı marşrutu (Bakı–Ağstafa–Bakı əlavə reysləri daxil olmaqla): 8 885 nəfər
- Digər marşrutlar (Bakı–Qəbələ–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı və Gəncə–Mingəçevir): 5 263 nəfər
ADY qeyd edib ki, qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərilib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər həyata keçirilib və vaqon sayı tələbata uyğun artırılıb.
Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin cədvəlinə uyğun tənzimlənib.
Fuad Mədətov
Finss.az

