2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2,364 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.
Gələnlərin ölkələr üzrə payı belədir:
- Rusiya – 24,2%
- Türkiyə – 17,6%
- İran – 8,1%
- Hindistan – 6,4%
- Gürcüstan – 4,3%
- Səudiyyə Ərəbistanı – 4,2%
- Qazaxıstan – 4,1%
- Pakistan – 3,5%
- Çin – 2,6%
- İsrail – 2,5%
- Özbəkistan – 2,4%
- Birləşmiş Ərəb Əmirlikləri – 1,6%
- Ukrayna – 1,5%
- Türkmənistan – 1,3%
- Belarus və Böyük Britaniya – 1,1%
- Küveyt – 1%
- Digər ölkələr – 12,5%
Gələn turistlərin 66,7%-i kişilər, 33,3%-ü qadınlardır.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan 1,7 dəfə, İordaniyadan 49,6%, Çindən 43,1%, Özbəkistandan 38,6% artıb. Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 4,7% artaraq 111 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8% azalarak 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8% azalarak 804,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 2,5% artaraq 1,067,7 min nəfər təşkil edib.
Gələn turistlərin nəqliyyat vasitələri üzrə bölgüsü:
- Hava yolu – 76%
- Dəmir yolu və avtomobil – 22,7%
- Dəniz nəqliyyatı – 1,3%
Eyni dövrdə Azərbaycandan xarici ölkələrə səfər edən vətəndaşların sayı 1,947 milyon nəfər olub və ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% azalıb. Gürcüstana səfərlər 20,5%, İrana 6,8% artıb, Rusiya Federasiyasına səfərlər 31,8%, Türkiyəyə səfərlər isə 2% azalıb. Səfər edənlərin 41,6%-i Türkiyəyə, 14,4%-ü Rusiyaya, 10,8%-ü Gürcüstana, 9,5%-i İrana, 23,7%-i digər ölkələrə gedib. Onların 63,6%-i kişilər, 36,4%-ü qadınlardır.
Xarici səfərlər zamanı istifadə olunan nəqliyyat vasitələri:
- Hava yolu – 69,9%
- Dəmir yolu və avtomobil – 28,2%
- Dəniz nəqliyyatı – 1,9%
Fuad Mədətov
Finss.az
