Dekabrın 10-da Azərbaycan Turizm Bürosunun İsraildəki nümayəndəliyi və AZAL təmsilçiliyi ilə Azərbaycanın turizm potensialı Təl-Əvivdə “New Map” Turizm Sammitində tanıdılıb.
Dövlət Turizm Agentliyindən Finss.az-a verilən məlumata görə, sammitdə 350-dən çox turizm sənaye nümayəndəsi iştirak edib.
İsrail Dövlətində Azərbaycan səfiri Muxtar Məmmədov çıxış edərək turizm əlaqələrinin inkişafı imkanlarını vurğulayıb.
Turizm festivalında milli mətbəx nümunələri təqdim edilib və B2B görüşlər keçirilib.
2025-ci ilin 11 ayı ərzində İsraildən Azərbaycana gələn ziyarətçilərin sayı 59 917 nəfərə çatıb, əvvəlki ilə nisbətən 2 dəfədən çox artıb.
Fuad Mədətov
Finss.az





