TURİZM

11 Dekabr

“Biletim.az” portalı üzrə onlayn bilet satışları 1,8 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 739 433 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

Finss.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumataına əsasən xəbər verir ki, onlayn bilet alışının ümumi bilet satışında xüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2%, noyabr ayında isə 38,1% təşkil edib.

2024-cü ilin 11 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 21,3% idisə, cari ilin müvafiq dövründə bu rəqəm 37,3%-ə yüksəlib.

“Biletim.az” portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat vasitəsi qoşulub.

Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Fuad Mədətov
Finss.az