TURİZM

13 Avqust

Gədəbəydə 3 günlük istirahət turları – qiymətlər və proqram

Gədəbəydə 3 günlük istirahət turları həm qrup, həm də fərdi formatda müxtəlif qiymət aralıqlarında təqdim edilir.

Finss.az xəbər verir ki, qrup turlarında adambaşına xərclər 120–140 manat təşkil edir. Paketə komfortlu nəqliyyat, 2 gecə oteldə yerləşmə, səhər yeməkləri, bələdçi xidməti, ekskursiyalargiriş biletləri daxildir. Marşrutda Narzan bulağı, Şır-Şır şəlaləsi, Başkənd gölü, Qanlı Körpü kimi məkanlarla yanaşı, kənd həyatı ilə tanışlıqyerli mətbəx nümunələrinin dadılması da nəzərdə tutulub.

Fərdi turlar isə 150–220 manat aralığında dəyişir. Bu qiymətə otel (gecəlik 30–100 manat), qida (gündə 20–30 manat), ekskursiya, bələdçinəqliyyat xərcləri daxildir. Fərdi səyahət edənlər öz proqramlarına Narzan bulağı, Şır-Şır şəlaləsi, kənd turizmi fəaliyyətləriyerli bazara səfərlər əlavə edə bilirlər.

Tur proqramına əlavə olaraq Tovuz istiqamətində üzüm bağlarına səfərşərab dequstasiyasında iştirak imkanı da var. Bu xidmətin əlavə xərci 15–25 manat təşkil edir.

Gədəbəy beləliklə həm təbiət turizmi, həm də kənd təsərrüfatı və şərabçılıq təcrübələri ilə zəngin istirahət imkanı yaradır.

Fuad Mədətov
Finss.az

Əlavə bax: 2025-ci ilin II rübündə Azərbaycan mənzil bazarında qiymət indeksi 1,1% artıb