TURİZM

11 İyul

Səyahət aptekində nələr olmalıdır?

Finss.az - Səyahət zamanı sağlamlıq məsələləri önəmli yer tutur.

Hər bir səyahətçi özünün və yaxınlarının təhlükəsizliyini təmin etmək üçün aptekində soyuqdəymə, zəhərlənmə, həzm sistemi problemləri, travmalar və allergiyaya qarşı dərmanların olmasına diqqət etməlidir.

Mütəxəssislər soyuqdəymə zamanı istifadə olunan parasetamol və ibuprofen kimi ağrıkəsiciləri, zəhərlənmə zamanı sorbentləri, həmçinin günəşdən qoruyucu kremləri və antiseptik vasitələri unutmayın deyirlər. Xroniki xəstəliyi olanların şəxsi dərmanlarını da unutmaması vacibdir.

Yolçu dərmanlarının son istifadə müddətlərinin yoxlanılması, istirahət şəraitinə uyğun dərman seçimi və hər hansı simptomda həkimə müraciət məsləhət görülür.