TURİZM

08 İyul

Qaradəniz səyahəti 1185 AZN-dən başlayır: 6 şəhər, 7 gün

Usta Turizm yay mövsümündə Türkiyənin təbiət inciləri ilə zəngin Qaradəniz bölgəsinə unudulmaz 4x4 Qrup Turu təşkil edir.

Finss.az xəbər verir ki, səyahət zamanı iştirakçılar Batumi, Ayder, Uzungöl və Trabzon kimi məşhur şəhərləri və bölgələri ziyarət edəcək.

6 gecə 7 gün davam edən turun qiyməti 1185 AZN təşkil edir və bu məbləğə aviabilet (Bakı–Batumi–Trabzon–Bakı), VİP transfer, 6 dəfə səhər yeməyi, komfortlu otellərdə gecələmə (Batumidə İberiya, Ayderdə Koroğlu, Trabzonda Pointbreak otelləri) və bir sıra ekskursiyalar daxildir.

Tur tarixləri iyun, iyul, avqust və sentyabr aylarını əhatə edir. İştirakçılar Batumi bulvarı, Delfinariya, Botanika bağı, Rize və Ayder yaylaları, Zil Qalası, Sumela Monastrı, Uzungöl, Atatürk köşkü, Ayasofya məbədi, Boztepe, Maçka və digər maraqlı yerlərlə tanış olacaqlar.

Əlavə olaraq zipline, rafting, və yayla turlarında (Huser, Pokut, Elevit) iştirak etmək imkanı da yaradılıb. Bu xidmətlər əlavə ödəniş (20 AZN) qarşılığında təqdim olunur.

Tur çərçivəsində hərəkət Heydər Əliyev Beynəlxalq Hava Limanından təşkil olunur. İştirakçılardan xarici pasport tələb olunur. İlkin ödəniş 300 ABŞ dolları məbləğində müəyyənləşdirilib, qalan məbləğ isə səfərə üç gün qalmışa qədər ödənilə bilər.

Qeyd edək ki, giriş biletləri (məsələn, muzeylər, delfinariya, gəmi gəzintisi) qiymətə daxil deyil və hava şəraitinə görə proqramda dəyişikliklər ola bilər.

Ətraflı məlumat və qeydiyyat üçün əlaqə:
(055) 300 53 20 / (055) 300 53 80

Fuad Mədətov
Finss.az