TURİZM

07 İyul

Lənkəran və Lerik təbiətinə 25-29 manatlıq yay turları

“Premium Travel” şirkəti tərəfindən təşkil olunan “Lənkəran-Lerik” turu yay mövsümündə davam edir.

Finss.az xəbər verir ki, tur iştirakçıları Lənkəran və Lerik bölgələrinin təbiət gözəlliklərini kəşf edəcək.

Tur iyunun 28, 29, 30-da, eləcə də iyulun 1, 2, 3, 5, 6, 8, 9, 10, 12, 13, 15, 16, 17, 19, 20, 22, 23, 24, 26, 27, 29, 30 və 31-də təşkil olunacaq. Qiymətlər ekonom paket üzrə 25 manat, standart paket üzrə isə 29 manatdır.

Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, standart paketdə səhər yeməyi, çay süfrəsi, tur rəhbəri və yol boyu əyləncəli oyunlar və hədiyyələr daxildir. Tur proqramına Lənkəran Xanbulan gölü (giriş 2 manat), Sivəkaran Şəlaləsi, Rahat Məkan istirahət mərkəzində nahar fasiləsi və Meşəbəyi istirahət mərkəzi ziyarətləri daxildir.

Toplanış saat 06:30-da Gənclik metrosu yaxınlığındakı Caspian Shopping mərkəzinin önündədir. Yola çıxış saat 07:10-da planlaşdırılır. Turun son günü Bakı şəhərinə çatma saatı təqribən 23:00-dır. Yolüstü turumuza qoşulmaq istəyənlər üçün əlavə dayanacaqlar 20 Yanvar (Kontakt Home), Şamaxinka (Lukoil), Lökbatan dairəsi, Sahil qəsəbəsi və Salyan olaraq müəyyən olunub.

Tur zamanı spirtli içkilərin qəbulu qəti qadağandır. Nahar yeməyi qiymətə daxil deyil. Fərdi qruplar üçün toplanış yeri və tarix seçimi sərbəstdir. Minimum 18 nəfərdən ibarət fərdi qrup şəklində digər rayonlara da tur təşkil etmək mümkündür.

Əlavə məlumat üçün əlaqə: (055) 377 53 57.

Fuad Mədətov
Finss.az