CamelTravel şirkətinin təşkil etdiyi Qəbələ Lavanda turu 26, 27, 28 və 29 iyun tarixlərində baş tutacaq.
Finss.az xəbər verir ki, tur iştirakçıları səhər saat 06:30-da toplanacaq, 07:00-da isə Bakıdan Qəbələyə doğru yola düşəcək. Ekskursiya zamanı turistlər Lavanda sahəsinə səfər edəcək, Nohurgöl ətrafında gəzəcək, səhər yeməyi və çay süfrəsindən yararlanacaq, eyni zamanda əyləncəli oyunlar və hədiyyələrlə qarşılanacaqlar.
Tura komfortlu nəqliyyat xidməti, tur rəhbəri, Lavanda sahəsinə giriş, eləcə də foto çəkiliş zamanı dayanmalar daxildir. 5 yaşa qədər uşaqlar nəqliyyatda yer tutmamaq şərti ilə ödənişsiz iştirak edə bilər. Tur zamanı spirtli içkilər, sürücü və bələdçiyə müdaxilə, qaydalara tabe olmamaq qəti qadağandır.
Axşam saatlarında isə turistlərin Bakı şəhərinə geri dönüşü həyata keçiriləcək.
Əlavə məlumat və qeydiyyat üçün CamelTravel ilə əlaqə saxlamaq tövsiyə olunur.
(+994 10) 21 26 512
Fuad Mədətov
Finss.az