TURİZM

21 phrase_var_core.june

Səyahət və əyləncə dolu İsmayıllı-Qəbələ turları 25-29 manat aralığında

Arzum Travel turizm şirkəti İsmayıllı-Qəbələ istiqamətində bir günlük tur təşkil edir.

Finss.az xəbər verir ki, tur iyun ayının 30-dək keçiriləcək. Qiymət 25 manat (ekonom paket) və 29 manat (standart paket) olaraq müəyyən edilib. Tur proqramına nəqliyyat xidməti, ekskursiyalar, standart paketdə səhər yeməyi və qayıdışda çay daxildir. Tur rəhbəri iştirakçılara yolboyu əyləncəli oyunlar və hədiyyələr təqdim edəcək.

Ekskursiyalar çərçivəsində İsmayıllının Aşıqbayramlı gölü (giriş 2 manat), Qəbələnd əyləncə mərkəzi (giriş qiymətə daxil deyil), Qəbələ Nohurgöl və Qəbələ 7 Gözəl Şəlaləsi ziyarət ediləcək.

Toplanış saat 06:30-da Gənclik metrostansiyası, Caspian Shopping mərkəzinin önündədir. Tur saat 07:00-da başlayır və təqribən 22:00-23:00-da Bakıya çatır.

Qeyd edilir ki, 0-5 yaş uşaqlar ödənişsizdir və nəqliyyatda yer tutmurlar. Tur zamanı spirtli içkilərin qəbulu qəti qadağandır. Minimum 18 nəfərdən ibarət fərdi qruplar üçün digər rayonlara da tur təşkil etmək mümkündür.

Əlaqə nömrəsi: (077) 748 07 17.

Fuad Mədətov
Finss.az