TURİZM

21 phrase_var_core.june

Lənkəran və Lerikdə təbiət istirahəti: 25 AZN-dən başlayan qiymətlərlə

PREMİUM TRAVEL şirkəti iyun ayının 1-dən 30-dək demək olar ki, hər gün Lənkəran və Lerikə birgünlük tur həyata keçirəcək. Tura qoşulmaq istəyənlər üçün ekonom paket 25 AZN, standart paket isə 29 AZN təşkil edir.

Finss.az xəbər verir ki, qiymətə nəqliyyat xidməti, ekskursiyalar, tur rəhbəri, yolboyu əyləncəli oyunlar və hədiyyələr daxildir. Standart paketə əlavə olaraq səhər yeməyi və çay süfrəsi də daxil edilib. Ekskursiya marşrutuna Lənkəran Xanbulan gölü (giriş 2 AZN), Sivəkaran Şəlaləsi, Rahat Məkan və Meşəbəyi istirahət mərkəzlərində fasilələr daxildir.

Toplanış saat 06:30-da “Gənclik” metrosunun qarşısında yerləşən Caspian Shopping Ticarət Mərkəzinin önündə, çıxış isə 07:10-da nəzərdə tutulur. Bakı şəhərinə təqribi qayıdış saatı 23:00-dır. Yolüstü tur iştirakçıları 20 Yanvar (Kontakt Home), Şamaxinka (Lukoil), Lökbatan dairəsi, Sahil qəsəbəsi və Salyan istiqamətindən qoşula bilərlər.

Qeyd edək ki, 5 yaşa qədər uşaqlar üçün tur ödənişsizdir (nəqliyyatda yer ayrılmır), nahar yeməyi qiymətə daxil deyil, tur zamanı spirtli içkilərin qəbulu qadağandır. Fərdi qruplar üçün istənilən tarix və toplanış yerində tur təşkil edilə bilər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (055) 377 53 57.

Fuad Mədətov
Finss.az