TURİZM

05 İyun

ÜTT Bakı Bəyannaməsinə əsasən dayanıqlı inkişaf proqramı hazırlayır

Finss.az - Ümumdünya Turizm Təşkilatının (ÜTT) icraçı direktoru Nataliya Bayona bildirib ki, qurum 2024-cü ildə COP çərçivəsində qəbul edilən Bakı Bəyannaməsinə uyğun olaraq sosial, iqtisadi və ekoloji dayanıqlılığı əhatə edən yeni çərçivə proqramı üzərində işləyir. Bu barədə o, Bakıda keçirilən BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında jurnalistlərə açıqlama verib.

Bayona qeyd edib ki, Azərbaycan ÜTT-nin İcraiyyə Şurasının üzvü olaraq təşkilatın fəaliyyətində əsas rollardan birini oynayır. Hazırkı toplantı həm qlobal turizmin vəziyyəti, həm də Avropa üzrə regional gündəliyin icrasına həsr olunub. O, həmçinin noyabrda Ər-Riyadda keçiriləcək Baş Assambleyaya hazırlıq çərçivəsində komitə və şura seçkilərinin bu iclasda aparıldığını vurğulayıb.