TURİZM

04 İyun

3020 AZN-ə Aralıq dənizi turu:MSC Divina kruizində 8 gün

Usta Turizm 2025-ci ilin 11–18 avqust tarixlərini əhatə edən 8 günlük lüks kruiz turu təşkil edir.

Finss.az xəbər verir ki, MSC Cruises şirkətinə məxsus 5 ulduzlu MSC Divina gəmisi ilə baş tutacaq səyahət zamanı iştirakçılar Aralıq dənizinin ən məşhur liman şəhərlərində olacaq.

Turun qiyməti 1777 ABŞ dolları (təxminən 3020 AZN) təşkil edir. Qiymətə transfer, sığorta, bələdçi, baqaj, otel gecələmələri və “UAI” sisteminə uyğun qidalanma daxildir. Aviabilet və viza xərcləri isə qiymətə daxil deyil və sifariş günü üzrə hesablanır.

Tur marşrutu aşağıdakı kimidir:

  • 11 avqust – Kuşadası (Türkiyə), yola düşmə saat 18:00
  • 12 avqust – Santorini (Yunanıstan), 08:00
  • 14 avqust – Neapol (İtaliya), 11:00
  • 15 avqust – Çivitavekkia / Roma (İtaliya), 07:00
  • 17 avqust – Mikonos (Yunanıstan), 14:00
  • 18 avqust – Kuşadası, 09:00 (gəminin geri dönüşü)

Qeyd edək ki, qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub və turizm dövlət vergisi qiymətə daxil deyil. Yer sayı məhduddur – erkən rezervasiya tövsiyə olunur.

Əlavə məlumat və qeydiyyat üçün əlaqə:
(055) 3005317, (077) 2774119

Fuad Mədətov
Finss.az