İyunun 6-dan etibarən təşkil edilən və ölkənin azad olunmuş ərazilərini əhatə edən Şuşa – Xankəndi – Xocalı – Ağdam – Əsgəran turuna qeydiyyat başlayıb.
Finss.az xəbər verir ki, turun bir günlük qiyməti ekonom paket üçün 65, standart paket üçün isə 70 manat təşkil edir.
Tura nəqliyyat xidməti, portal qeydiyyatı, ekskursiyalar, tur rəhbəri və yolboyu maarifləndirici söhbətlər daxildir. Standart paketə əlavə olaraq səhər yeməyi və axşam çay fasiləsi də daxil edilib.
Ekskursiyalar çərçivəsində iştirakçılar Xankəndi şəhəri, Xocalı (yeni qəsəbə), Əsgəran Qalası, Ağdam Cümə Məscidi, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Cıdır düzü və İsa bulağı ilə tanış olacaqlar.
Tura 5 yaşadək uşaqlar ödənişsiz (əlavə 10 AZN portal xidməti istisna olmaqla), xarici vətəndaşlar isə əlavə 10 AZN ödəməklə qoşula bilərlər. Tur zamanı spirtli içki qəbulu qəti qadağandır. Toplanış səhər saat 04:00-da “Gənclik” metrosunun yaxınlığında, “Caspian Shopping” mərkəzinin qarşısında həyata keçirilir. Turun dönüşü saat 23:00-23:30 aralığında nəzərdə tutulub.
Tura qoşulmaq istəyənlər yolüstü Lökbatan dairəsi, Sahil qəsəbəsi və Kürdəmir istiqamətindən də qatıla bilərlər.
Best Travel
(077) 5673311
Fuad Mədətov
Finss.az