TURİZM

03 İyun

50 manata Qarabağ turu: Xankəndi və Şuşaya turizm axını başlayıb

Lavin Travel hər həftə sonu Şuşa, Xankəndi, Xocalı və Ağdama 1 günlük qrup turu təşkil edir.

Finss.az xəbər verir ki, turun qiyməti ekonom paket üçün 50 AZN, standart paket üçün isə 55 AZN-dir.

Qiymətə komfortlu nəqliyyat, ekskursiyalar, portal keçidi və təcrübəli tur rəhbərinin müşayiəti daxildir. Standart paketə əlavə olaraq səhər yeməyi də daxil edilib.

Ekskursiya zamanı turistlər Ağdam Cümə məscidi, Şuşa qalası, Natəvanın Ev Muzeyi, Cıdır düzü, Xankəndi şəhəri, Xocalı hava limanı və bir sıra digər tarixi məkanlarla tanış olacaqlar.

Toplanış saat 03:30-da, “Gənclik” metrosunun çıxışındakı Caspian Shopping Mərkəzinin qarşısında baş tutur. Çıxış saat 04:00-da, qayıdış isə 23:00–23:30 arası planlaşdırılır.

Tur zamanı spirtli içkilər qəti qadağandır. Turun başlama tarixindən 2 gün öncə qeydiyyat ləğv olunarsa, beh geri qaytarılmır.

Əlaqə üçün:
(099) 925 25 15

Fuad Mədətov
Finss.az