Usta Turizm 11-18 avqust tarixlərində 7 gecəlik Möhtəşəm Kruiz Qrup turu təşkil edir.
Finss.az xəbər verir ki, tur MSC Divina 5 ulduzlu gəmisində keçiriləcək və qiyməti 1777 ABŞ dollarıdır.
Turun marşrutu Türkiyənin Kuşadası, Yunanıstanın Santorini və Mikonos adaları, İtaliyanın Roma (Civitavecchia) və Neapol şəhərlərini əhatə edir. Qiymətə transfer, baqaj, sığorta, oteldə gecələmə, bələdçi və səhər yeməyi daxildir. Aviabilet və viza xidmətləri daxil deyil.
Yer sayı məhduddur, rezervasiya üçün (055) 300-53-17 və (077) 277-41-19 nömrələri ilə əlaqə saxlamaq mümkündür.
Fuad Mədətov
Finss.az