Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əsgəran şəhərlərini əhatə edən bir günlük tur təşkil olunur.
Finss.az xəbər verir ki, turun qiyməti 65-70 AZN arasında dəyişir. Qiymətə nəqliyyat xidməti, portal qeydiyyatı, ekskursiyalar və səhər yeməyi (standart paketdə) daxildir. Tur mayın 10, 11, 17, 18, 24, 25, 28 və 31-də keçiriləcək.
Tur proqramına Xankəndi şəhər gəzintisi, Xocalı Airportu, Əsgəran Qalası, Ağdam Cümə Məscidi, Yuxarı Gövhər Ağa Məscidi, M.P. Vaqifin Məqbərəsi, Şuşa Qalası, Cıdır Düzü, İsa bulağı və Güllələnmiş Büstlər daxildir. 5 yaşa qədər uşaqlar ödənişsiz iştirak edə bilər.
Turun toplanış yeri Gənclik metrosunun yaxınlığıdır. Əlavə olaraq, Lökbatan, Sahil qəsəbəsi və Kürdəmirdən də yolüstü iştirak mümkündür.
Daha ətraflı məlumat üçün (055) 957-8957 nömrəsi ilə əlaqə saxlamaq olar.
Fuad Mədətov
Finss.az