TURİZM

20 May

Qara dəniz turu: 6 gecəlik yay səyahəti 777 USD-dən başlayan qiymətlərlə

Usta Turizm şirkəti tərəfindən Türkiyənin Qara dəniz bölgəsinə – Batumi, Aydar, Uzungöl və Trabzon istiqamətlərini əhatə edən 7 günlük qrup turu təqdim olunub.

Finss.az xəbər verir ki, turun ümumi qiyməti 1150 AZN (və ya 777 USD) təşkil edir.

Tur Bakıdan H.Əliyev beynəlxalq hava limanından təyyarə ilə başlayır və səfər müddəti 6 gecə – 7 gündür. Qiymətə aviabilet, VIP transfer (yol boyu Wi-Fi və sərinləşdirici içkilərlə), səhər yeməkləri və oteldə gecələmə daxil edilib. Tur iyun, iyul, avqust və sentyabr aylarında müxtəlif tarixlərdə baş tutacaq.

Səyahət zamanı iştirakçılar Batumi bulvarı, Əli və Nino heykəli, Batumi delfinariyası, Rize və Aydar yaylaları, Fırtına dərəsi, Huser, Pokut və Elevit yaylaları, Uzungöl, Maçka və Sumela monastırı kimi məşhur məkanları ziyarət edəcəklər.

Qeyd olunur ki, qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb. Xarici pasport tələb olunur. İlkin ödəniş 277 USD-dir, qalan məbləğ turdan 2 gün öncəyə qədər hissə-hissə ödənilə bilər. Hava şəraitindən asılı olaraq tur rəhbəri proqramda dəyişiklik edə bilər.

Ətraflı məlumat üçün əlaqə nömrələri:
(055) 300-53-17
(077) 277-41-19

Fuad Mədətov
Finss.az