TURİZM

20 May

Yazın gözəlliyini İsmayıllı və Qəbələdə kəşf edin

“Harmony Travels” turizm şirkəti may və iyun ayları üçün İsmayıllı və Qəbələyə əhatəli 1 günlük tur paketi təqdim edir.

Finss.az xəbər veerir ki, tur çərçivəsində təbiət gözəllikləri ilə yanaşı, əyləncə və atraksion məkanlarına da ekskursiyalar nəzərdə tutulub.

Turlar 17, 18, 24, 25, 28 və 31 may tarixlərində, eləcə də 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixlərində baş tutacaq. Qiymətə görə iki fərqli paket təqdim olunur: ekonom paket 25 AZN, standart paket isə 29 AZN təşkil edir. Standart paketə səhər yeməyi və qayıdışda çay süfrəsi də daxildir.

Turun proqramına aşağıdakı ekskursiyalar daxildir:

  • İsmayıllı Aşıqbayramlı gölü (giriş 2 AZN)

  • Qəbələnd əyləncə mərkəzi (giriş qiymətə daxil deyil)

  • Qəbələ Nohurgöl

  • Qəbələnin məşhur “Yeddi Gözəl” şəlaləsi

Qiymətə həmçinin nəqliyyat xidməti, tur rəhbəri, yolboyu əyləncəli oyunlar və hədiyyələr daxildir.

Toplanış saat 06:30-da “Gənclik” metrosu yaxınlığındakı Caspian Shopping Ticarət Mərkəzinin qarşısında olacaq. Avtobusun çıxışı 07:00-da planlaşdırılıb. Bakıya dönüş isə təxminən saat 22:00–23:00 arası nəzərdə tutulur.

Təşkilatçılar bildirir ki, 0-5 yaş arası uşaqlar üçün tur ödənişsizdir (nəqliyyatda yer ayrılmır). Spirtli içkilər tur zamanı qəti şəkildə qadağandır. Ən azı 18 nəfərlik fərdi qruplar üçün digər rayonlara da turlar təşkil oluna bilər.

Əlaqə nömrəsi:
(055) 321 84 21

Fuad Mədətov
Finss.az