TURİZM

20 May

Yay bitmədən cənubun sərinliyini hiss et:Lənkəran və Lerik turu

“TT Travel” turizm şirkəti avqust ayı boyunca Lənkəran və Lerik bölgələrinə 1 günlük turlar həyata keçirəcək.

Finss.az xəbər verir ki, “Cənuba səyahət” adı altında keçirilən turlar 13, 14, 15, 17, 18, 20, 21, 22, 24, 25, 27, 28, 29 və 31 avqust tarixlərini əhatə edir.

Turun qiyməti seçilən paketə uyğun olaraq dəyişir: ekonom paket 23 manat, standart paket isə 27 manat təşkil edir. Standart paketdə səhər yeməyi əlavə olaraq təqdim olunur.

Qiymətə nəqliyyat xidməti, ekskursiyalar, çay süfrəsi, tur rəhbəri və yolboyu əyləncəli oyunlar daxildir. Ekskursiya proqramına Xanbulan gölü (giriş 2 manat), Sivəkaran şəlaləsi, “Rahat Məkan” istirahət mərkəzində nahar fasiləsi və Meşəbəyi istirahət mərkəzinə səfər daxildir.

Toplanış saat 06:30-da “Gənclik” metrosu yaxınlığındakı Caspian Shopping Ticarət Mərkəzinin qarşısında olacaq, çıxış isə 07:10-da planlaşdırılıb. Bakıya qayıdış təqribən 23:00-da nəzərdə tutulur.

Təşkilatçılar bildirir ki, tur zamanı spirtli içkilərin qəbulu qadağandır. Nahar yeməyi qiymətə daxil deyil. Ən azı 18 nəfərlik fərdi qruplar üçün istənilən tarix və toplanış məntəqəsi ilə digər rayonlara da turlar təşkil oluna bilər.

Əlaqə nömrəsi:
(050) 983 26 85