TURİZM

13 May

Türkiyənin iki incisi bir turda: İstanbul və Kapadokya səyahəti – 7 gecə / 8 gün

"Tel Travel" turizm şirkəti İstanbul–Kapadokya qrup turu təşkil edir.

Finss.az xəbər verir ki, tur birbaşa uçuşla həyata keçiriləcək və 7 gecə 8 gün davam edəcək. Səyahətin qiyməti 799 ABŞ dolları təşkil edir və bu məbləğ 2-3 nəfərlik otaqda bir nəfər üçün hesablanır. Tur tarixləri aşağıdakı kimidir:

  • 9–16 iyun 2025
  • 9–16 iyul 2025
  • 11–18 avqust 2025

Qiymətə aşağıdakılar daxildir:

  • Aviabilet (8 kq əl yükü ilə)
  • 6 gecə otel yerləşməsi – 2 gecə Kapadokyada, 4 gecə İstanbulda
  • 6 dəfə səhər yeməyi, 2 dəfə axşam yeməyi (Kapadokyada)
  • Tur bələdçisi (Azərbaycanlı və türk)
  • Transfer xidmətləri
  • Ekskursiyalar və səyahət sığortası

Tur proqramı çərçivəsində iştirakçılar İstanbulda Ayasofya, Sultan Ahmət Məscidi, Topkapı Sarayı, Qalata Qülləsi, Dolmabahçe Sarayı, Kapalı Çarşı və digər tanınmış məkanlara ekskursiya edəcəklər. Kapadokyada isə Üçhisar qalası, Göyərçin vadisi, Kızılırmak, yeraltı şəhərlər, İhlara vadisi və balon turu (əvvəlcədən rezervasiya ilə) proqramda yer alır.

Qiymətə nahar, bəzi giriş biletləri, balon və ATV turları daxil deyil. İlkin ödəniş 50% təşkil edir. Ödənişlər günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

Əlavə məlumat üçün (055) 291 54 30, (050) 999 69 60 və (050) 242 02 59 nömrələri ilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az