"Antik Travel" şirkəti yay mövsümünə özəl olaraq 6 gecə 7 gün davam edəcək Bodrum turları satışa çıxarılıb.
Finss.az xəbər verir ki, turlar çərçivəsində müştərilərə aviabilet, transfer, sığorta, oteldə gecələmə və gündə üç dəfə “hər şey daxil” sistemlə qidalanma təklif olunur.
Qiymətlər 1125 manatdan başlayır və yerləşmə seçiminə görə dəyişir. TURPAKETƏ daxil olan otellər sırasında 4 ulduzlu Golden Age Crystal Bodrum, Bitez Garden Life, Riva Bodrum, eləcə də 5 ulduzlu Green Bay Resort Spa, Kadıkale Resort Hotel, Royal Asarlık Beach Hotel, Arin Resort Bodrum və Duja Bodrum kimi otellər yer alır.
Şirkətdən bildirilib ki, qiymətlər iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb və ilkin olaraq 20% ödəniş etməklə qalan məbləği hissə-hissə ödəmək mümkündür.
Ətraflı məlumat üçün keçid: //turlar.az/bodrum-turu-104262.html
Fuad Mədətov
Finss.az