Finss.az - İlisu Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Azər Qocayevin verdiyi məlumata görə, 2024-cü ildə Qax rayonunun İlisu kəndində yerləşən "Sumuq qala"nı 3600-dən çox turist ziyarət edib, əcnəbi turistlər arasında isə Rusiya və Türkiyə vətəndaşları üstünlük təşkil edib.
Hazırda qoruğun ərazisində 50 tarixi-memarlıq və mədəniyyət abidəsi mühafizə altındadır. Bunlardan 13-ü dövlət qeydiyyatına alınıb, qalan abidələrin qeydiyyata alınması ilə bağlı müvafiq qurumlara müraciət edilib. Abidələr arasında İlisu sultanlığı dövrünə aid olan "Sumuq qala", "Ulu körpü" və "Ulu məscid" kimi qiymətli nümunələr mövcuddur.