Finss.az - 2024-cü ildə Azərbaycana 38 müxtəlif ölkədən 26 657 aviareys həyata keçirilib.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu rəqəm 2023-cü il ilə müqayisədə 8,5% artaraq 3 875 aviareys daha çox təşkil olunub.
Ötən il ən çox uçuş Rusiyadan həyata keçirilib – 7 738 reys, bu da əvvəlki illə müqayisədə 10,4% artım deməkdir. Rusiyadan sonra ən çox uçuş Türkiyədən təşkil olunub, 5 813 reyslə bu ölkə ikinci sırada yer alıb və 3,6% artım göstərib. Birləşmiş Ərəb Əmirlikləri isə 32,8% artımla 3-cü sırada olub, 3 242 reys həyata keçirilib.
İlk onluğa daxil olan digər ölkələrdən Gürcüstan 2 009 reys (+19,9%), Qazaxıstan 888 reys (+10,1%), Səudiyyə Ərəbistanı 817 reys (-11,3%), Hindistan 663 reys (+2,9 dəfə), Qətər 574 reys (+59,3%), Özbəkistan 427 reys (-27,1%) və Küveyt 416 reys (+9,1%) təşkil edib.
Dekabr ayında isə Azərbaycana həyata keçirilən uçuşlar ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% artaraq 2 144 reys təşkil edib. Lakin, Rusiyadan gələn uçuşların sayı 6,2% azalıb.
Bundan əvvəl Almaniya 10-luğun tərkibində yer alsa da, 334 aviareyslə 13-cü yerə düşüb, yerinə Hindistan daxil olub. Bu rəqəmlər, Azərbaycanın hava nəqliyyatı şəbəkəsinin genişlənməsi və beynəlxalq əlaqələrinin artdığını göstərir.