TURİZM

08 Yanvar

Azərbaycana turist axını 26 faiz artıb

Finss.az - 2024-cü ildə Azərbaycana 2 626 838 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu, 2023-cü illə müqayisədə 26 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, ötən ilin dekabr ayında ölkəyə 214 678 nəfər (+11 faiz) xarici və vətəndaşlığı olmayan şəxs gəlib. İl ərzində ölkəmizə ən böyük turist axını iyul ayında qeydə alınıb – 271 591 nəfər (+20,9 faiz).

Hesabat dövründə Azərbaycana ən çox turist Rusiya (27,83 faiz), Türkiyə (16,23 faiz), Cənubi Asiya (12,78 faiz) və Yaxın Şərqdən (10,14 faiz) gəlib.

Ölkələr üzrə göstəricilər isə belədir: Rusiya – 731 009, Türkiyə – 426 241, Hindistan – 243 589, İran – 210 190, Gürcüstan – 111 292, Səudiyyə Ərəbistanı – 98 113, Qazaxıstan – 86 304, Pakistan – 80 924, Birləşmiş Ərəb Əmirlikləri – 46 706, Özbəkistan – 46 396, Çin – 44 798, Ukrayna – 36 147, Türkmənistan – 33 020, Küveyt – 31 373, İsrail – 28 955 nəfər.