TURİZM

17 Oktyabr

Sərnişin təhlükəsizliyi üçün yeni yanaşmalar

Bakı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən hava təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın 7-ci iclasında mülki aviasiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müzakirə edilib.

Finss xəbər verir ki, iclasa "Azərbaycan Hava Yolları" QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi və hüquq-mühafizə orqanlarının nümayəndələri qatılıb. Müzakirələrdə sərnişin təhlükəsizliyini artırmaq, qanunsuz müdaxilələrə reaksiya və təhlükəsizlik zonalarının optimallaşdırılması məsələləri ön plana çıxıb.

Bakıda keçiriləcək COP29 Konfransı dövründə əlavə təhlükəsizlik tədbirləri də planlaşdırılıb. Bu iclaslar, mülki aviasiyanın beynəlxalq standartlara uyğun inkişafını və sərnişinlərin etibarını artırmağı hədəfləyir.