TURİZM

16 Oktyabr

Yeni turizm layihəsinə start verilib

Azərbaycan, COP29 öncəsi qastronomiya turizminin inkişafı üçün bir sıra yeni layihələr həyata keçirir.

Finss Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın sözlərinə əsasən, xəbər verir ki, ölkə restoranlarında xüsusi təlimlər təşkil olunub və gələn qonaqlar üçün müxtəlif menyular hazırlanıb. Bu layihələr, COP29 tədbirləri çərçivəsində Azərbaycanın mədəni və kulinariya irsinin təbliğini hədəfləyir.

Qeyd edək ki, sentyabr ayında "Turizm kəndi" layihəsi də Azərbaycanda istifadəyə verilib.