Avqust ayında İtaliyanın kurort bölgələrinin 15 milyonadək turist qəbul edəcəyi proqnozlaşdırılır.
Finss.az xarici mətbuata istinadən xəbər verir ki, turizm obyektlərinə 14,8 milyon ziyarətçinin axını gözlənilir ki, bunların 56 faizi italyan turistlərdir. Onlayn platformalarda yerlərin 91 faizi artıq rezerv edilib.
Turistlər əsasən dənizkənarı bölgələrə üstünlük verirlər, bu yerlərdə doluluq səviyyəsi 95 faizdir. Göl kənarındakı, kənd yerlərindəki və dağ kurortlarındakı obyektlərdə də doluluq yüksəkdir. Siciliya, Sardiniya, Valle d'Aosta, Liquriya, Marke və Abruzzo turistlərin ən çox seçdiyi bölgələr arasındadır.
Zemfira Ms
Finss.az