TURİZM

12 Avqust

Türkiyə bu ilin ilk 6 ayında turizmdən 23,7 milyard dollar gəlir əldə edib

Türkiyə cari ilin ilk 6 ayında turizmdən 23,7 milyard dollar gəlir əldə edib.

Finss.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçirilən mətbuat konfransında məlumat verib.

Mehmet Nuri Ersoy yeni növ koronavirus (Covid-19) pandemiyasından (2020-2022) sonra Türkiyəyə gələnlərin sayının sürətlə artdığını bildirib və deyib: "Cari ilin ilk 6 ayında Türkiyəyə gələnlərin sayı 26 milyon 137 minə çatıb. Yəni söhbət 13,9 faiz artımdan gedir. Pandemiyadan əvvəlki dövrlə müqayisədə 23,6 faiz artım olduğunu müşahidə edirik''.

Türkiyənin pandemiyanın təsirindən ən tez çıxan ölkə olduğuna diqqət çəkən Mehmet Nuri Ersoy deyib: ''Türkiyə 2023-cü ildə 56 milyon 694 min turistə ev sahibliyi edərək rekorda imza atdı. Bu il üçün hədəfimiz 60 milyondur''.